Uşaqlıq boynu (Serviks) xərçənginin ən çox səbəbi HPV infeksiyasıdır. HPV müayinə zamanı aşkarlanmaya bilər. Servikal sürüntüdən alınan nümunədə HPV virusuna aid DNA-ların tədqiqi ilə diaqnoz qoyulur. Erkən diaqnoz ilə uşaqlıq boynu xərçəngi müalicə edilə bilər.
- HPV (human papillomavirus) uşaqlıq boynu xərçənginə və genital ziyillərə səbəb ola bilən bir virusdur.
- HPV ilə uşaqlıq boynu xərçəngi arasında birbaşa əlaqə var və dünyada cinsi yolla yoluxan ən yaygın xəstəlikdir.
- Qadınların ömür boyu HPV ilə qarşılaşma ehtimalı 85%-dir.
- HPV virusu əksər şəxslərdə hər hansı bir problem və ya xəstəliyə səbəb olmaz.
- HPV ilə yoluxmuş şəxslərin 90%-də infeksiya 2 il ərzində geriləyir. Lakin bəzi HPV tipləri əhəmiyyətli sağlamlıq problemlərinə səbəb ola bilər.
HPV hansı xəstəliklərə səbəb olur?
- Uşaqlıq boynu xərçəngi
- Uşaqlıq boynu xərçəngi öncüsü xəstəliklər (CIN1, CIN2, CIN3)
- Xarici genital bölgədə ziyillər
- Vajina xərçəngi
- Xarici genital bölgə xərçəngi (vulva xərçəngi)
- Anus xərçəngi
- Qırtlaq xərçəngi və səs tellərində ziyillər
- Ağızda ziyillər
- Kişilərdə penis xərçəngi
Neçə tipi var?
HPV-nin hazırda dünya üzərində bilinen 200-dən çox tipi vardır. Bunların arasında 15 tip virus xərçəng yarada bilən risklidir. Bu tiplər aşağı riskli qrup, ehtimal yüksək riskli qrup və yüksək riskli qrup olaraq 3-ə ayrılmışdır. Ən çox görülən HPV tipləri Tip 6, Tip 11 və Tip 16 olaraq bilinir. Xüsusilə Tip 16 və Tip 18 xərçəngə səbəb olan HPV tipləri olaraq bilinir.
HPV peyvəndi
Uşaqlıq boynu xərçənglərinin təxminən 80-90%-i HPV Tip 16 və HPV Tip 18 ilə əlaqəlidir. Bununla yanaşı qadınlarda tez-tez görülən genital ziyillər də HPV Tip 6 və HPV Tip 11 ilə əlaqəlidir. Genital ziyillərə səbəb olan HPV Tip 6 və HPV Tip 11 xərçəng yaranmasına səbəb olmur. İnkişaf etdirilən peyvəndlər öncəli olaraq xərçənglərin böyük bir hissəsindən məsul olan HPV Tip 16 və Tip 18-ə qarşı qoruma təmin edir. İkili peyvəndlərdə xərçənglərin böyük əksəriyyətindən məsul olan HPV Tip 16 və Tip 18-ə qarşı antigenlər var. Dördlü peyvəndlərdə xərçəng yaradan iki tipə əlavə olaraq, ziyillərdən məsul olan HPV Tip 6 və HPV Tip 11-ə qarşı antigenlər var. Doqquzlu peyvənddə; xərçənglərdən məsul iki tip, ziyillərdən məsul iki tip və əlavə olaraq yüksək riskli beş tip HPV-yə qarşı antigenlər var.
Nə etməliyəm?
HPV testinizin pozitiv olması sizin xərçəng olduğunuz və ya mütləq xərçəng olacağınız anlamına gəlmir. HPV cinsi əlaqə sonrası uşaqlıq boynuna yoluxduqda immun sistem devrəyə girir və HPV-ni bədəndən atmaq üçün antikorlar istehsal edir. Xəstələrin əksəriyyətində 12 ay ərzində HPV immun sistemi ilə bədəndən atılır. İmmun sistem HPV-ni bədəndən təmizləyə bilmədikdə, uşaqlıq boynundakı hüceyrələrdə DNA-ya daxil olaraq xərçəng prosesini başlatır.
İncelənən material
Qadın: Urogenital yaxma -Smear maye -Sidik Kişi: HPV DNA testi ziyillərdən parça alınması yolu ilə, əgər ziyil yoxdursa, penis, qasıq, oral bölgə, baş və boyun kimi hissələrdən sürüntü
HPV DNA testi necə aparılır?
Klinikalarda alınan sürüntü testi ilə HPV testi laboratoriya mühitində incələnir.
İncelənən üsul
Gerçək zamanlı PCR cihazlarında işlənir və analiz edilir.
Mərkəzimizdə
Risk Qrupları Yüksək Risk: 16, 18, 26, 31, 33, 35, 39, 45, 51, 52, 56, 58, 59, 68, 73, 82 Ehtimal Yüksək Risk: 53, 66 Aşağı Risk: 6, 11 olmaqla 20 tip HPV genotipləmə çalışması aparılır.
Nəticə Müddəti
10-15 gün arasındadır.












Comments are closed