Lorem ipsum dolor sit amet, consectet eiusmod tempor incididunt ut labore e rem ipsum dolor sit amet. sum dolor sit amet, consectet eiusmod.
Mon - Fri: | 8:00 am - 8:00 pm |
Saturday: | 9:00 am - 6:00 pm |
Sunday: | 9:00 am - 6:00 pm |
Akreditasiya, uyğunluq qiymətləndirmə qurumlarının milli və beynəlxalq qəbul görmüş texniki kriteriyalara görə fəaliyyət göstərdiyinin müvafiq orqan tərəfindən təsdiqlənməsidir. TS EN ISO 15189 standartı, tibbi laboratoriyaların keyfiyyət və yetərliliyini müəyyən edən bir akreditasiya standartıdır. Ölkəmizdə TS EN ISO 15189 standartını yoxlayan orqan olaraq TÜRKAK (Türk Akreditasiya Qurumusu) qəbul olunmuşdur. Exonlab Laboratoriyası keyfiyyət idarəetmə sisteminin icrası və inkişafı məqsədi ilə beynəlxalq səviyyədə qəbul olunmuş TS EN ISO 15189 standartını əsas alır və tətbiq edir. Bu çərçivədə: Laboratoriya işçilərinin daxili və xarici, daimi təlimlərlə bilik, bacarıq və yetərliliyini yüksək səviyyədə saxlayır. Doğru və etibarlı test nəticələri təmin etmək məqsədi ilə xarici keyfiyyət nəzarət proqramlarına daimi olaraq qatılır. Müntəzəm olaraq daxili keyfiyyət nəzarəti və ölçüm qeyri-müəyyənliyi işlərini aparır. Keyfiyyət işlərinin izlənməsini təmin etmək məqsədi ilə keyfiyyət indikatorlarının qiymətləndirilməsini müntəzəm olaraq aparır. Müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaq üçün; korporativ əlaqələrdən məsul şəxslər tərəfindən aparılan müştəri ziyarətləri və müntəzəm aparılan "Müştəri Məmnuniyyəti Sorğusu" nəticələrini qiymətləndirir. Exonlab sürətli, etibarlı və keyfiyyətli laboratoriya xidmətini iqtisadi şərtlərdə təqdim edə bilmək məqsədi ilə sağlamlıq sahəsindəki elmi və texnoloji inkişafları yaxından izləməyi və tətbiq etməyi öhdəsinə götürmüşdür. Laboratoriyamız bir çox elmi araşdırma və dissertasiya işlərinin laboratoriya mərhələsini uğurla tamamlamış və hələ də tədqiqatçılara dəstək verməyə davam edir. Hörmətlə...
Türkiyənin Laboratoriya sahəsində 20 ildən artıq təcrübəyə malik Exon Laboratoriyaları olaraq Naxçıvanda xidmətinizdəyik!
B.e - Cümə: | 8:00 am - 8:00 pm |
Şənbə: | 9:00 am - 6:00 pm |
Bazar: | 9:00 am - 6:00 pm |
Copyright 2024 Safar Agency. All Rights Reserved