BAKTERİOLOGİYA

Bakteriologiya Testləri infeksiyalara səbəb olan bakteriyaların aşkar edilməsi və düzgün müalicə üsullarının müəyyən edilməsi üçün istifadə olunur.

Bu testlər bədən mayelərindən (qan, sidik, bəlğəm, nəcis və s.) götürülən nümunələrlə bakteriyaların varlığını, növünü və antibiotiklərə qarşı həssaslığını müəyyən edir. Bakterioloji testlər, vərəmin, sətəlcəmin, sidik yolu infeksiyalarının, mədə-bağırsaq xəstəliklərinin və digər bakterial infeksiyaların diaqnozu və müalicəsində mühüm rol oynayır.