Lorem ipsum dolor sit amet, consectet eiusmod tempor incididunt ut labore e rem ipsum dolor sit amet. sum dolor sit amet, consectet eiusmod.
Mon - Fri: | 8:00 am - 8:00 pm |
Saturday: | 9:00 am - 6:00 pm |
Sunday: | 9:00 am - 6:00 pm |
Daxili Keyfiyyətə Nəzarət, laboratoriya test nəticələrinin doğruluğunu və təkrarlanabilirliyini təmin etmək üçün istifadə olunan bir prosesdir. Bu sistem, laboratoriyada işləyən cihazların, istifadə olunan test dəstlərinin, nümunəalma prosesinin və laboratoriya personalının performansını nəzarət etməyi hədəfləyir. DKN-nin əsas məqsədi, analitik proseslərin müəyyən edilmiş standartlara uyğun şəkildə işləməsini təmin etməkdir.
Daxili Keyfiyyətə Nəzarətin Əsas Prinsipləri
Doğruluq və Etibarlılıq: Laboratoriya nəticələrinin etibarlılığını və beynəlxalq standartlarla uyğunluğunu test edir.
Nəzarət Materiallarının İstifadəsi: Ticarət hazır nəzarət materialları (normal və patoloji səviyyələr).
Qiymətləndirmə və İzləmə: Daxili keyfiyyətə nəzarət prosesləri, aktual statistik analiz üsulları ilə qiymətləndirilir. Orta, standart sapma və Levey-Jennings qrafiklərini istifadə edərək analizlər izlənir.
ISO 15189 Akkreditasiyası: Daxili keyfiyyətə nəzarət, ISO 15189 kimi beynəlxalq akkreditasiya standartlarına uyğun şəkildə aparılmalıdır.
Daxili Keyfiyyətə Nəzarətin Önəmi
Test nəticələrinin sabitliyini təmin edir.
Səhv nəticələrin erkən aşkarlanmasına imkan yaradır.
Xəstə təhlükəsizliyini artırır.
Cihaz və üsulların doğruluğunu davamlı olaraq izləyir.
Daxili Keyfiyyətə Nəzarət Tətbiqi
Gündəlik Nəzarət: Hər gün işə başlamadan əvvəl iki səviyyə nəzarət nümunələri (NORMAL VƏ PATOLOJİK NƏZARƏT) cihazda işlədilir.
Kriter Təyini: Laboratoriyanın test aralıqları, cihaz və dəst performansına görə müəyyən edilir.
Nəticələrin Təhlili: Nəzarət nəticələrinin sapma göstərməsi halında testlər dayandırılır, səbəblər araşdırılır və zəruri düzəlişlər edilir.
Daxili keyfiyyətə nəzarət, laboratoriya performansını yaxşılaşdırmaq, xəstə təhlükəsizliyini artırmaq və klinik qərarların doğruluğunu təmin etmək üçün əvəzolunmaz bir prosesdir.
Türkiyənin Laboratoriya sahəsində 20 ildən artıq təcrübəyə malik Exon Laboratoriyaları olaraq Naxçıvanda xidmətinizdəyik!
B.e - Cümə: | 8:00 am - 8:00 pm |
Şənbə: | 9:00 am - 6:00 pm |
Bazar: | 9:00 am - 6:00 pm |
Copyright 2024 Safar Agency. All Rights Reserved