Sperma konsentrasiyası, motilite analizi və morfoloji qiymətləndirilməsi üçün edilən ənənəvi sperma testləri (semen analizi), spermləri molekulyar səviyyədə qiymətləndirməyə təəssüf ki, kifayət etmir. Tüp bebek müalicəsində sperma analizində normal görünən spermlərlə yumurta döllənir, döllənmə həyata keçirilir və əldə edilən embrionlar inkişaf keyfiyyətinə görə seçildikdən sonra ana namizədinin uşaqlığına yerləşdirilir. Lakin spermada hər hansı bir DNT zədəsi varsa, balanssız genetik quruluşa malik bir embrion yarana bilər. Bunun nəticəsində hamiləliyin daha müəyyən edilmədən sonlanmasına və ya düşük baş verməsinə səbəb ola bilər. Buna görə də tüp bebek müalicəsi texnologiyasında çığır açan spermada DNT Zədəsi Testi tətbiq olunmuşdur.
Günümüz texnologiyası ilə xüsusi boyama texnikaları tətbiq edilərək DNT zədəsinin müəyyən edilməsi mümkün olmuşdur. Qəbul olunmuş standartlara görə rəqəmsal analizlərdə zədələnmiş sperma nisbətinin 15%-in altında olması gözlənilir. Əgər zədə 50%-in üzərindədirsə, ağır zədəli olaraq qəbul edilir.
Kimlər Etdirməlidir?
- Açıqlanmayan infertilite
- Embrion inkişafında dayanma olan cütlər
- Təkrarlanan hamiləlik itkiləri
- Təkrarlanan Tüp bebek (IVF/ICSI) uğursuzluğu kimi hallarda sperma DNT zədəsi testi etdirmələri tövsiyə edilir.
Test Necə Tətbiq Edilir?
Spermanın DNT quruluşunu qiymətləndirmək üçün Sperm FISH və DNT Fragmentasiya testi tətbiq olunur; Ejakulyasiya yolu ilə əldə edilən spermlar DNT molekulu ilə qarşılıqlı təsirə girən floresan bir probla boyanır və analiz nəticəsində zədələnmiş spermlar müəyyən edilir. Qəbul olunmuş standartlara görə rəqəmsal analizlərdə zədələnmiş sperma nisbətinin 15%-in altında olması gözlənilir. Əgər zədə 50%-in üzərindədirsə, ağır zədəli olaraq qəbul edilir. Kəmiyyət analizlərdə isə sperma DNT-sində artmış fragmentasiya mövcudluğu və ya yoxluğu barədə məlumat verilir.
Sperma zədəsi niyə olur?
Günümüzə qədər edilən tədqiqatlar spermanın keyfiyyətinə təsir edən bir çox amilin olduğunu ortaya qoymuşdur. Bu amillərin ən başında sağlam olmayan yaşam şəraitləri gəlir. Ötə yandan siqaret istifadəsinin də təsiri böyükdür. Həmçinin alkoqol istifadəsi, kofein istifadəsinin çox olması, radiasiyaya məruz qalmanın, infeksiyaların, istifadə edilən bəzi dərmanların, zəhərli kimyəvi maddələrin və kənd təsərrüfatı dərmanlarının da sperma DNT zədəsinə səbəb olduğu müəyyən edilmişdir. İsti mühitdə çalışan peşələrdə, kimyəvi maddələrlə çalışan peşələrdə, kompüter istifadəsinin uzunmüddətli olduğu peşələrdə də sperma DNT zədəsi ola bilər. Bunlardan başqa, sperma istehsalı zamanı spermanın tam olğunlaşmaması və ya proteinlərin yanlış/qeyri-düzgün düzənlənməsi də DNT zəncirində qırılmalar yarada bilər. DNT-dəki bu səhvlər embriona birbaşa mənfi təsir göstərir və gələcək nəsillərə ötürülür.
Necə Müəyyən Edilir?
Sperma testi edilən kişi xəstələrdə; sperma sayı, hərəkətliliyi və morfoloji dəyərləri normal çıxsa belə DNT quruluşlarında zədə müəyyən edilə bilər. Buna görə klassik sperma testinin yanında, qabaqcıl tədqiqatlara ehtiyac vardır. Sperma DNT zədəsi müəyyən etmək üçün tətbiq edilən bir neçə fərqli analiz üsulu mövcuddur. Bunlar:
- TUNEL
- Sperma Xromatin Strukturu Təhlili (SCSA)
- Sperma Xromatin Dispersiya Təhlili (SCD)
- Anilin Blue testi
- Toluidin Blue testi
- Akridin Orange testi
- Halotest
- Comet təhlili
- In situ nick translation
Comments are closed