İrsi trombofiliyalar, yəni laxtalanma pozğunluqları ümumilikdə qan laxtalanmağa meyilli olan bəzi xəstəliklərdir. Bu xəstəliklərdə qanın laxtalanmasına bağlı olaraq:
- Damar tıxanmaları (tromboemboli),
- Ürək, ağciyər və beyin kimi orqanlarda laxta yaranması,
- Hamiləliklərdə düşüklər və ya ölü doğumlar,
- Dölün inkişaf geriliyi ilə nəticələnən problemlər yaşanmaqdadır.
- İrsi trombofiliyası olan xəstələrdə hamiləlik itkilərində artış müşahidə olunur.
Anada trombofiliya diaqnozu qoyulması hamiləlikdə trombüs yaranma riskini və bununla əlaqəli perinatal ağırlaşma riskini orta dərəcədə artırır. Hamiləlikdən əvvəl dövrdə trombofiliya diaqnozunun qoyulması erkən hamiləlik həftələrində müalicəni mümkün edir və bu riskləri azaldır.
Bu Test Kimlərə Edilir?
- Erkən yaşda damar tıxanıqlığı keçirmiş şəxslərdə,
- Ailəsində damar tıxanıqlığı olanlarda,
- Təkrarlanan düşük və ya ölü doğum olanlarda,
- Hamiləliklərdə erkən aylarda başlayan preeklampsi və ya inkişaf geriliyi olanlarda trombofilik xəstəlik olması şübhəsi ilə digər bəzi testlər edilir.
Trombofiliya Paneli Testləri
- Protrombin (G20210A) Mutasiyası
- Faktor V (G1691A) Leiden Mutasiyası
- MTHFR (C677T) Mutasiyası
- MTHFR (A1298C) Mutasiyası
- PAI-1 (4G/5G) Polimorfizmi
- Faktor XIII Mutasiyası
Comments are closed